...

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik təklif edilır

İqtisadiyyat Materials 21 May 2019 12:10 (UTC +04:00)
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik təklif edilır

Trend-i buradan izləyin

Bakı. Ayşəm Rüstəmova - Trend:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Trend-in məlumatına görə, dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Prezident İlham Əliyevin təqdimatı ilə parlamentə daxil olan qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Hazıda qüvvədə olan qanuna əsasən ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti