...

Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

İqtisadiyyat Materials 9 Sentyabr 2019 19:19 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti