...

ARDNF-də məşhur futurist, natiq Rohit Taluarın təqdimatı keçirilib

İqtisadiyyat Materials 25 Sentyabr 2019 18:02 (UTC +04:00)
ARDNF-də məşhur futurist, natiq Rohit Taluarın “İnnovasiya, əsaslı dəyişiklik və inkişaf üçün gələcək yatırımlar” adlı təqdimatı keçirilib
ARDNF-də məşhur futurist, natiq Rohit Taluarın  təqdimatı keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində 2019-cu il 25 sentyabr tarixində ARDNF-də “Fast Future” araşdırma və məsləhət şirkətinin İcraçı direktoru, məşhur futurist, natiq Rohit Taluarın “İnnovasiya, əsaslı dəyişiklik və inkişaf üçün gələcək yatırımlar” adlı təqdimatı keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, təqdimatda yaxın onilliklərdə dünyada gələcək dinamikanı müəyyən edən əsas qüvvələr, innovasiyalar və sektorların iqtisadiyyatın şaxələndirilməsinə təsiri və yeni inkişaf imkanları, dəyişən dünyada yeni imkanların sürətli axtarış yolları və Azərbaycan iqtisadiyyatının yaxın gələcəkdə dinamik və dayanıqlı inkişafı üçün zəruri həllər kimi məsələlər öz əksini tapıb.

“Fast Future” araşdırma və məsləhət şirkətinin İcraçı direktoru, bir sıra nüfuzlu mükafatların qalibi Rohit Taluar dünyanın 70-dən çox ölkəsində mühazirələr keçirib, gələcək inkişafla bağlı bir sıra kitabların müəllifidir.

Rohit Taluar hazırda “IBM”, “Microsoft”, “Intel”, “Pfizer” və “Citibank” kimi iri transmilli şirkətlərin, o cümlədən ABŞ, Böyük Britaniya, Sinqapur, Finlandiya, BƏƏ kimi ölkələrin hökumətlərinin məsləhətçisi qismində çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti