...

İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib

İqtisadiyyat Materials 15 Oktyabr 2019 10:27 (UTC +04:00)
Gecikdirilmiş 108 513 manat əmək haqqı, zərərə görə ödənc və s. işçilərə ödənilməsi də təmin edilib
İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.

Vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti