...

"Expressbank"dan ailə biznesinə dəstək

İqtisadiyyat Materials 28 Oktyabr 2019 19:10 (UTC +04:00)
Expressbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində dəstək və motivasiyaedici layihələrini davam edir.
"Expressbank"dan ailə biznesinə dəstək

Bakı. Trend:

Expressbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində dəstək və motivasiyaedici layihələrini davam edir.

"Expressbank"dan Trend-ə verilən məlumata görə, bu dəfə bank 25 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nəzdində fəaliyyət göstərən ABAD (Ailə Biznesinə Asan Dəstək) ilə birlikdə “ABAD-la DAD” tədbirinə imza atmışdır.

Tədbir yerli istehsalatın gücləndirilməsinə töhfələr vermək, ailə biznesinin təbliğatı məqsədilə təşkil edilmişdir. Görüşdə 50-yə yaxın media nümayəndələri Expressbank-ın təşkilatçılığı ilə bir araya toplaşaraq, ABAD-çıların istehsal etdiyi məhsullardan hazırlanmış səhər yeməyi təamlarını dadmışlar. Media nümayəndələri görüşü yüksək dəyərləndirmiş, yaradılmış şəraitə görə ABAD və Expressbank-a təşəkkürlərini bildirmişlər.

Tədbirdən hazırlanmış qısa video çarx ilə https://youtu.be/TLjnbgYZyL4 linkdən tanış ola bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti