...

Tələbələri dəstəkləyək!

İqtisadiyyat Materials 21 Noyabr 2019 10:35 (UTC +04:00)
Dəyərləri sırasında korporativ-sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank artıq uzun müddətdir ki, “Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirdir.
Tələbələri dəstəkləyək!

Bakı. Trend:

Dəyərləri sırasında korporativ-sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank artıq uzun müddətdir ki, “Uğurlu gələcəyə dəstək” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirdir.

Bu dəfə 19 noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin maarifləndirilməsi və motivasiyası üçün növbəti görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini, gənclərin fəallığını inkişaf edən kitabların müəllifi Nadir Adilman ilə Azərbaycan Dövlət İqtisad universiteti tələbələrinin görüşü baş tutdu. İşgüzar inkişaf yazarı gəncləri maraqlandıran aktual mövzulara toxunaraq, tələbələrin müxtəlif suallarını cavablandırdı.

Görüş zamanı 100-dən artıq tələbəyə yazıçının imzası ilə kitab və Expresso debet kartının pulsuz əldə olunması üçün kupon hədiyyə olunub, nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim edildi. Həmçinin, tədbirdə Bankın Təlim və Tədris şöbəsinin koordinatoru Orxan Məmmədli gənclərin inkişafı və gələcək iş fəaliyyətlərində uğur qazanmağın yolları mövzusunda hazırladığı təqdimatla çıxış edibdir.

Tədbirin maraqlı məqamları ilə növbəti linkdən tanış ola bilərsiniz:

https://youtu.be/r11GV7PRmS8

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti