...

Mikro kreditləri aşağı faizlə və komissiyasız əldə etmək imkanı

İqtisadiyyat Materials 4 Dekabr 2019 17:45 (UTC +04:00)

Bakı. Trend:

Hər zaman müştəri məmnuniyyətini düşünən Expressbank, sahibkarlıq fəaliyyəti ilə məşğul olanları xüsusi təkliflə sevindirir.

Bankdan Trend-ə verilən məlumata görə, istənilən biznesi genişləndirmək üçün sərmayə tələb olunur. Sərmayəni qısa müddətə sərfəli şərtlərlə əldə etmək üçün isə Expressbank-a müraciət etmək olar.

Payız aylarından etibarən start verilən kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 20000 AZN-dək mikro-kredit 0% komissiya ilə təklif edilir. Ümumilikdə isə sahibkarlara illik 22%-dən başlayan faiz dərəcəsilə 48 ayadək müddətə 70.000 AZN-dək mikro kredit ayrıla bilər.

Xatırladaq ki, kampaniya dekabrın 30-dək davam edəcək. Fürsətdən istifadə etməyə tələsin!

Sərfəli şərtlərlə mikro-kredit əldə etmək istəyənlər https://www.expressbank.az/loans/micro-loans# linkə keçid alaraq sifarişi onlayn rəsmiləşdirə bilərlər. Qısa müddət ərzində müştəri ilə əlaqə saxlanılır və kreditin əldə olunması üçün lazımı məlumat təqdim edilir.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti