...

“Contact” pulköçürmə sistemi indi Unibank Mobile-da

İqtisadiyyat Materials 5 Dekabr 2019 14:58 (UTC +04:00)
Banka getmədən, istədiyiniz yerdə və cəmi bir neçə saniyə ərzində MDB ölkərinə pul köçürə bilərsiniz.
“Contact” pulköçürmə sistemi indi Unibank Mobile-da

Bakı. Trend:

Banka getmədən, istədiyiniz yerdə və cəmi bir neçə saniyə ərzində MDB ölkərinə pul köçürə bilərsiniz.

Unibank-dan Trend-ə verilən məlumata görə, bu imkanı sizə Unibank Mobile yaradıb. Mobil əlavənin köməyi ilə artıq pul köçürmələrini çox sərfəli şərtlərlə və bir toxunuşda öz telefonunuzdan edin.

Unibank Mobile-da “Contact” pulköçürmə sistemi sizə bu imkanları yaradır:

Banka getmədən, növbələrdə vaxt itirmədən pul köçürmək;

Köçürdüyünüz pulun saniyələr ərzində ünvanına çatması;

Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari hesabları seçməklə aparmaq imkanı;

Manatla köçürmə etdiyiniz halda komissiya 0% (“Contact”ın həmin günə olan məzənnəsi ilə konvertasiya olunacaq);

Vəsaiti göndərən şəxsin köçürməni təsdiq etdikdən sonra əldə etdiyi “Köçürmə kodu”nu vəsaiti qəbul edən şəxsə göndərməsi kifayət edir ki, bu kod vasitəsilə “Contact” köçürmə sistemi olan istənilən banka yaxınlaşaraq vəsaiti alsın;

Yüksək təhlükəsizlik;

“Unibank Mobile” əlavəsi ilə pul köçürməsi etdiyiniz halda bu ilin sonunadək 3 qat daha çox bonus qazanmaq imkanı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti