...

Bakıda yerüstü metro fəaliyyət göstərəcək - Cavid Qurbanov

İqtisadiyyat Materials 17 Dekabr 2019 11:52 (UTC +04:00)
Sumqayıt-Bakı arasında sıxlıq ona görədir ki, Sumqayıt-Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur.
Bakıda yerüstü metro fəaliyyət göstərəcək - Cavid Qurbanov

Bakı. Elçin Mehdiyev – Trend:

Sumqayıt-Bakı arasında sıxlıq ona görədir ki, Sumqayıt-Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, bu sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

O qeyd edib ki, Bakıda Güzdək-Sahil ərazisini birləşdirən dəmir yolunun təmir etdirilməsi nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq.

C.Qurbanov əlavə edib ki, yeni qatarlar gələcək və yaxın zamanlarda sıxlıq aradan qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti