...

PAŞA Bank Global Finance tərəfindən “Ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb

İqtisadiyyat Materials 23 Yanvar 2020 16:41 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq işgüzar nəşri olan Global Finance jurnalı 2020 ildə "Best Trade and Supply Chain Finance Awards" mükafatının qalıbləri barədə məlumatı açıqladı.

PAŞA Bankdan Trend-ə verilən məlumata görə, əsaslı seçim prosesinin nəticəsində ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2020-ci ildə "The Best Trade Finance Provider in Azerbaijan" mükafatına layiq görüldü.

2020-ci ilin qaliblərinin seçimi zamanı Global Finance jurnalının heyəti əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabətli qiymət və innovativ texnologiya kimi amilləri nəzərə alıb.

Qaliblərin mükafatlandırılması 15 yanvar 2020-ci il tarixində Frankfurt şəhərində keçirilən Maliyyə və Ticarət üçün Bankirlər Birliyinin (BAFT) illik iclası çərçivəsində baş tutub.

Qeyd edək ki, "Global Finance" jurnalı 1987-ci ildən dərc olunur və dünyanın 180 ölkəsində yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti