Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi (FOTO)

Azərbaycanda daha bir aqrar layihənin təqdimatı keçirildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib.

Nazir bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı şəkildə inkişaf etməkdədir: “Aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili bizim əsas prinsiplərimizdən biridir. Bu xidmətlərin vahid pəncərə prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb. Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəməyyəti böyükdür. Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcəkdir. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, cənab səfir Kestutis Jankauskas bildirib ki, layihənin icrasında məqsəd davamlı kənd təsərrüfatı sahəsində aqrar sektorun inkişaf etdirilməsi istiqamətində Azərbaycan həyata keçirdiyi siyasət yaxından köməklik etməkdir. Bu layihə Avropa İttifaqının ətraf mühit və iqlimə uyğun kənd təsərrüfatı təcrübələrini təbliğinə və həyata keçirilməsinə imkan verəcək. Cənab Jankauskas bildirib ki, Azərbaycan effektiv məsləhət sistemi üçün konkret həll yolu axtararkən digər ölkələrin təcrübələrindən, o cümlədən Aİ ölkələrinin aqrar məsləhət xidmətləri sahəsindəki təcrübələrindən faydalana bilər.

FAO-nun Baş qərargahının Aparıcı Texniki Mütəxəssisi xanım Nevena Aleksandrova isə qeyd edib ki, əsas məqsəd Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır. Nevena Aleksandrova vurğulayıb ki, kənd təsərrüfatında məsləhət xidmətlərinin keyfiyyətə nəzarəti təmin edən effektiv bir sistemə çevrilməsi vacibdir. Sözügedən layihə aqrar məsləhət xidmətlərinin rəqəmsallaşdırılması, bilik və bacarıqların artırılması üçün ölkə daxilində məsləhətçilər şəbəkəsini yaratmaqla məlumatları tənzimləyən mexanizmləri inkişaf etdirir.

Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın rəhbərliyi ilə həyata keçiriləcək. Xanım Çakmak bu layihənin fermerlər və kənd əhalisi üçün əhəmiyyətini vurğulayaraq məlumat və məsləhət xidmətlərinin vacibliyini önə çəkib. O, layihənin kənd yerlərində kiçik sahibkarlara, qadınlara və gənclərin informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda, bütövlükdə dünyada kənd təsərrüfatı və ərzaq sistemləri bu gün sektorun gələcəyinə təsir edən böyük dəyişikliklərlə üzləşir.

Aqrobiznes şirkətləri və qloballaşdırılmış tədarük zəncirləri kənd təsərrüfatını dəyişdirərkən, iqlim dəyişikliyinin nəticəsi kimi yeni meyllər formalaşır, təbii ehtiyatlar bazası tükənir, qeyri-sabit bazar dinamikası, qloballaşan ticarət, iqtisadiyyatın sürətli rəqəmsallaşdırılması təşəbbüsləri yeni risklər və imkanlar yaradır. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçılarının ehtiyacları və maraqları dəyişir, qida və kənd təsərrüfatı istehsalında innovasiya proseslərinin tətbiqi tələb olunur. Belə şəraitdə aqrar məsləhət xidmətləri yeni yaranan çətinliklərin həllində ən yaxşı dəstəyi göstərmək və bu sahədəki imkanlardan faydalanmaq üçün yeni bir rol oynamaq potensialına malikdir. Aqrar xidmətlərinin əsas funksiyaları, alətləri, yanaşmaları, bu rolu yerinə yetirmək üçün hərtərəfli yenidən nəzərdən keçirilməli və yenidən qurulmalı və kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi üçün əsas sektorlardan biri kimi müəyyənləşdirilməlidir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının əsas strateji prioritetlərinə uyğundur və ekoloji cəhətdən təmiz, effektiv və məhsuldar kənd təsərrüfatı istehsalı sisteminin qurulmasına xüsusi diqqət yetirir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçiriləcək sözügedən iki illik layihə kənd təsərrüfatı sahəsində mövcud və gələcək problemlərin həllinə dayanıqlı və davamlı formada daha çevik reaksiya verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə strategiyaların inkişaf etdirilməsi və məsləhət xidmətləri sisteminin birgə effektiv tətbiqi istiqamətində dəstək olmağı nəzərdə tutur. Bununla yanaşı, layihə çərçivəsində təlim, forum və platformaların təşkili Məsləhət Xidmətləri sahəsində potensialın inkişafına öz töhfəsini verəcək və kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair “Strateji Yol Xəritəsi” ndə müəyyən edilmiş strateji hədəflərinə (strateji hədəf 5, prioritetlər 5.1 və 5.3) və 2020, 2025, 2030-cu illərə dair hökumətin strateji prioritetlərinə nail olmağa töhfə verəcək.

Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına  xidmət edir
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - 
İnsan haqları müvəkkili
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa yoluxanların sayı 4,4 milyona çatır
Bakıda mənzildən kişi meyiti tapılıb
Çexiyanın yeni XİN rəhbəri Yakub Kulqanek təyin edilib
Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycan gimnastı Avropa Çempionatının finalına çıxıb
ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub
Türkiyə ordusu ilin əvvəlindən 836 terrorçunu zərərsizləşdirib
Mariya Stadnik Avropa çempionatının finalında (FOTO)
Bakıda minik avtomobili yanıb
Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir - Deputat
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
"SOCAR Ukraine" qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bütün xəbərlər