...

Hindistanın şimalında iki böyük qızıl yatağı tapıldı

İqtisadiyyat Materials 22 Fevral 2020 22:23 (UTC +04:00)
Yataq Sonbhadr əyalətində kəşf edilib
Hindistanın şimalında iki böyük qızıl yatağı tapıldı

Bakı. Trend:

Hindistanın Geoloji xidməti ölkənin şimalındakı Uttar-Pradeş ştatında ehtiyatları təqribən 3 min ton qızıl olduğu təxmin edilən iki qızıl yatağı aşkar edib.

Trend-in məlumatına görə, bu, Hindistanın qızıl ehtiyatlarından 5 dəfə çoxdur.

Bildirilir ki, yataqlar Sonbhadr əyalətində kəşf edilib, orda olan qızılın ümumi dəyəri isə təqribən 167 milyard dollar təşkil edə bilər.

Səlahiyyətlilər bu depozitləri yaxın zamanda elektron hərraca qoymaq niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti