...

“AzerGold” Azərbaycan büdcəsini və qızıl ehtiyatını zənginləşdirib

İqtisadiyyat Materials 24 Fevral 2020 12:42 (UTC +04:00)
“AzerGold” Azərbaycan büdcəsini və qızıl ehtiyatını on milyonlarla dollar zənginləşdirib
“AzerGold” Azərbaycan büdcəsini və qızıl ehtiyatını zənginləşdirib

Bakı. Eldar Canaşvili - Trend:

“AzerGold” Azərbaycan büdcəsini və qızıl ehtiyatını on milyonlarla dollar zənginləşdirib.

Trend-in məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə şirkət tərəfindən dövlət büdcəsində təxminən 13,5 milyon manat daxil olub.

Z.İbrahimov bildirib ki, 2018-ci ildə bu məbləğ 12,64 milyon manata bərabər idi, beləliklə, ötən il büdcə daxilolmaları 843 min manat, yəni 6,7 faiz artıb.

Bundan başqa, hasil olunan qiymətli metalların dünya bazarlarına ixracının təşkili, eləcə də Azərbaycan qızılı hesabına ölkənin qızıl ehtiyatlarının formalaşdırılması məqsədilə Dövlət Neft Fondu tərəfindən 57 min unsiya xalis qızıl satın alınıb ki, bu da ümumi satışın 95 faizini (təxminən 85 milyon dollar) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti