...

Azərbaycanın ilk Fəal Yaşlanma İndeksi hazırlanacaq

İqtisadiyyat Materials 3 Mart 2020 16:30 (UTC +04:00)
BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksi hazırlanacaq.
Azərbaycanın ilk Fəal Yaşlanma İndeksi hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksi hazırlanacaq.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.

2019-2021-ci illəri əhatə edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti