...

Cari ilin I rübündə AÇG yatağı üzrə xərclərin məbləği açıqlanıb

İqtisadiyyat Materials 12 May 2020 11:35 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə fəaliyyətlərə təxminən 150 milyon dollar əməliyyat məsrəfləri və 522 milyon dollara yaxın əsaslı məsrəflər xərclənib.

BP-dən Trend-ə verilən məlumata görə, rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib, lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olub və bu da tikinti işlərində fasilələrlə nəticələnib. Yaşayış blokunun inşası İsveçdə davam edib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləyib. Dayaq bloku payalarının quraşdırılması artıq başa çatıb və bu ilin sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanıb, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi - “Caspian Pipe Coating (CPC)”, müəssisəsində davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti