...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 10 İyun 2020 11:23 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 9-da 41,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti