...

Azərbaycanda domen adlarının inzibatçısı müəyyən edilir

İqtisadiyyat Materials 19 İyun 2020 13:50 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azərbaycanda domen adlarının inzibatçısı müəyyən edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında "Telekommunikasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanuna iki yeni maddənin əlavə edilməsi təklif olunur.

Təklifə əsasən, qanuna aşağıdakı məzmunda 1.0.20-ci maddə əlavə edilir:

"1.0.20. domen adlarının milli inzibatçısı - "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.".

Bundan əlavə qanuna aşağıdakı məzmunda 7.10-1 -ci maddə əlavə edilir:

"7.10-1. "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti