...

Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə heç bir təsiri olmayacaq

İqtisadiyyat Materials 4 Avqust 2020 19:06 (UTC +04:00)
Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə heç bir təsiri olmayacaq

Bakı. Trend:

Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi müsbətdir. Qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırdığına görə atılan addımları zəruri hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti