...

Xəzər Siyasi Mərkəzi Vaşinqton və Xəzəryanı bölgələrdəki ekspertlərlə “Mavi nöqtələr şəbəkəsi” iqtisadi siyasət və investisiyalarını müzakirə edib

İqtisadiyyat Materials 10 Sentyabr 2020 16:12 (UTC +04:00)

Bakı. Trend:

Asiya Administrator Köməkçisi Xavier Piedra, USAID-də “Mavi nöqtələr şəbəkəsi” üçün ABŞ G7 Sherpa Dr. Kauş Arha, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Baş İcraçı Direktorunun müşaviri Kaleb Mak Karri, Avropa Yenidənqurma və İnkişaf Bankının ABŞ İcraçı Direktoru C. Steven Doud və digər spikerlər “Mavi nöqtələr şəbəkəsi” təşəbbüsü ilə Böyük Xəzəryanı regiondakı infrastruktur layihələri üçün potensial özəl sektorun maliyyələşdirməsindən bəhs etmək üçün 9 sentyabr 2020-ci il tarixində baş tutan canlı veb seminara qatılıb.

Trend-in məlumatına görə, Xəzər Siyasi Mərkəzi USAID ilə əməkdaşlıqda “Mavi nöqtələr şəbəkəsi” təşəbbüsünün mövcud mənzərəsini və Böyük Xəzər Bölgəsi ölkələri üçün iqtisadi siyasəti və infrastruktur inkişafının təsirlərini müzakirə etmək üçün ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC), Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) xarici siyasət mütəxəssislərini və Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın nümayəndələrini bir araya gətirib. Rus dilinə sinxron tərcümə edilməklə ingilis dilində yayımlanan canlı veb seminar Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Özbəkistanın ABŞ-dakı səfirlikləri ilə əlaqələndirilərək həyata keçirilib.

CPC İcraçı Direktoru Əfqan Nifti tədbiri giriş sözü ilə açaraq, veb-seminarın əsas məruzəçisi Xavier Piedraya və moderator Dr. Kauş Arhaya şərh üçün söz verib.

Əfqan Nifti vurğulayıb ki, “Mavi nöqtələr şəbəkəsi” Xəzər regionuna dünyada geniş tərəfdaşlar qurmağa kömək etmək potensialına malikdir. Şəbəkə böyüdükcə və daha geniş tanındıqca, infrastruktur investisiyalarında və beynəlxalq inkişafda naviqasiya üçün vacib ola bilər.

Xavier Piedra isə qeyd edib ki, “Mavi nöqtələr şəbəkəsi” hökumətləri, özəl sektoru və vətəndaş cəmiyyətini qlobal infrastruktur inkişafının ortaq standartları altında bir araya gətirəcəkdir. Şəbəkə qlobal infrastruktur prinsiplərini nümayiş etdirən və dəstəkləyən infrastruktur layihələrini sertifikatlaşdıracaq

“Özəl sektor investisiyaları olmadan, bir çox nəhəng infrastruktur ehtiyacları qarşılana bilmir. “Mavi nöqtələr şəbəkəsi” xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur sektoruna daha çox özəl sektor investisiyalarının cəlb edilməsini nəzərdə tutur ”, - deyə Dr. Arha bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti