Bakı. Trend:
Nazirlər Kabineti 349 nömrəli Qərarına dair izah verib.
Kabinetdən Trend-ə bildirilib ki, dəyişiklik edilən qərarlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 avqust tarixli 803 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Belə ki, “Baytarlıq haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, baytarlıq xidməti və nəzarəti tədbirləri sahəsində Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizli Agentliyinin səlahiyyət sərhədləri müəyyənləşdirilib.
Adıçəkilən Qanuna edilmiş dəyişikliklərə əsasən, baytarlıq sahəsində orqanların səlahiyyətlərində dəqiqləşdirilmələr aparılıb.