Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 28-də 39,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,26 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 38,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 37,77 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,24 dollar/barel azdır.