...

Türkiyədə benzinin qiyməti bahalaşdı

İqtisadiyyat Materials 6 Yanvar 2021 21:29 (UTC +04:00)

Bakı. Asif Mehman - Trend:

Türkiyədə benzinin 1 litrinin qiyməti 11 kuruş (4,9 qəpik) bahalaşıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Enerji Neft Qaz Quraşdırma Stansiyaları İşəgötürənlər Birliyindən bildirilib.

Qiymət artımına əsasən İstanbulda benzin 7.24 (1.66 azn), İzmirdə 7.30 (1.67 azn), Ankarada isə 7.29 (1.68 azn) lirədən hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti