...

Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı

İqtisadiyyat Materials 18 Yanvar 2021 19:36 (UTC +04:00)
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı

Bakı. Ceyhun Ələkbərov - Trend:

2020-cu ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən Bakı Limanında sərnişin daşınmasında azalma olub və 25 min 609 nəfər təşkil edib.

Bakı Limanından Trend-ə verilən məlumata görə, limanda peşəkar tibb personal tərəfindən COVID-19 pandemiyası ilə bağlı analizlərin götürülməsi operativ şəkildə təşkil edilib və analoji təcrübə ən çox xarici sürücülərin daxil olduğu “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də tətbiq olunub.

Keçən il 21 min 599 nəfər beynəlxalq yükdaşıma iştirakçısının (TIR sürücüsü) 14 min 411-i Bakı Limanında, 7188-i isə “Qırmızı Körpü”də COVID-19 testindən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti