Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
Azərbaycan xüsusi təyinatlı dizel mühərrikləri üçün nəzərdə tutulan və Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında hazırlanan yüksəkkeyfiyyətli mühərrik yağının ixracını həyata keçirəcək.
Trend bu barədə parkın mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd olunur ki, "M-16İXP-ZU" mühərrik yağının 10-15 növü üzrə sınaqlar aparılıb və bu yağların parametrləri ukraynalı mütəxəssislərin tələblərinə cavab verib.
Sınaqlar qənaətbəxş nəticə verib və bununla əlaəqdar Azərbaycan gələcəkdə bu yağları Ukraynaya ixrac edəcək.