...

Azərbaycandan ən çox ixrac sifarişi edən ölkələr - Reytinq

İqtisadiyyat Materials 1 İyul 2021 12:15 (UTC +04:00)
Azərbaycandan ən çox ixrac sifarişi edən ölkələr - Reytinq

Bakı. Çingiz Səfərli -Trend:

2021-ci ilin yanvar-may aylarında Azexport.az portalına 194,3 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, təkcə may ayı ərzində portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon dollar təşkil edib.

Cari ilin ilk 5 ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olmuşdur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 may tarixinə kimi (53 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 390 milyon dollar təşkil edib.

Yanvar-may ayları üzrə ixrac sifarişlərinin ilk beşliyində isə 5,1 milyon dollar ilə ABŞ, 4,1 milyon dollar ilə Birləşmiş Krallıq, 3,8 milyon dollar ilə Fransa, 3,6 milyon dollar ilə Malayziya və 727 min dollar ilə BƏƏ qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti