...

Türk Hava Yolları reyslər sayı üzrə Avropada liderdir

İqtisadiyyat Materials 16 İyul 2021 05:20 (UTC +04:00)
Türk Hava Yolları reyslər sayı üzrə Avropada liderdir

Bakı. Trend:

Türk mülki aviasiyasının flaqmanı olan Türk Hava Yolları (THY) sutka ərzində həyata keçirilən uçuş sayına görə Avropada lider mövqeyini qoruyur.

Trend-in məlumatına görə, bu barədə Avropa Hava naviqasiya təhlükəsizliyi təşkilatının (Eurocontrol) hesabatında bildirilir.

Məlumata əsasən, Türk Hava Yolları 8 -14 iyul tarixlərində Avropada ən çox uçuş həyata keçirən aviaşirkət adını qoruyaraq sutka ərzində 1254 reys edib.

İkinci yerdə Fransanın "Air France" şirkəti gəlir- sutka ərzində 880 uçuş.

Üçüncü yerdə 773 reyslə Niderlandın "KLM Royal Dutch Airlines", dördüncü pillədə isə 772 reyslə Almaniyanın "Lufthansa" şirkəti qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti