...

Xarici şirkətlər Azərbaycandan ən çox bu məhsulları sifariş edir

İqtisadiyyat Materials 30 İyul 2021 13:33 (UTC +04:00)
Xarici şirkətlər Azərbaycandan ən çox bu məhsulları sifariş edir

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 236.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir.

2021-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42.3 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin iyun ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 iyun tarixinə kimi (54 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 432 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti