...

Azərbaycan və İraq ilin əvvəlindən ikitərəfli ticarət dövriyyəsini artırıb

İqtisadiyyat Materials 6 Avqust 2021 11:08 (UTC +04:00)
Azərbaycan və İraq ilin əvvəlindən ikitərəfli ticarət dövriyyəsini artırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan və İraq 2021-ci ilin əvvəlindən ikitərəfli ticarət dövriyyəsini artırıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, 2020-ci ildə ölkələr arasında ticarət münasibətləri 30 faizdən çox azalsa da, bu ilin ilk altı ayı ərzində 35 faiz artıb.

Nazir müavini bildirib ki, İraqda Azərbaycan kapitalı ilə 180-dən çox şirkət qeydiyyata alınıb:

"Biz ölkələrimiz arasında münasibətlərin inkişafını dəstəkləyirik. Azərbaycanın investisiya proqramı xarici investisiyaların cəlb olunması üçün xarici sahibkarlara güzəştlər nəzərdə tutur".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti