...

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

İqtisadiyyat Materials 24 Avqust 2021 12:56 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 68,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti