...

İyulda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 47 milyon dollar olub

İqtisadiyyat Materials 31 Avqust 2021 20:38 (UTC +04:00)
İyulda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 47 milyon dollar olub

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin iyul ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara daxil olmuşdur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 milyard ABŞ dolları təşkil edib.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti