...

Özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar baytar rəyi ilə təqdim olunur

İqtisadiyyat Materials 1 Sentyabr 2021 17:07 (UTC +04:00)
Özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar baytar rəyi ilə təqdim olunur

Bakı. Çingiz Səfərli - Trend:

Özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatların qurulması üçün verilən heyvanları vətəndaşlar özləri seçir.

Bunu Trend-ə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

O bildirib ki, paylanış prosesində vətəndaşın birbaşa iştirakı təmin edilir: "Heyvanların sağlamlığına və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi olur. Heyvanların iqlimə uyğunlaşmaması ilə bağlı bir problem yoxdur. Eyni zamanda, vətəndaşla təhvil-təslim aktı imzalanır. Bütün qeyd edilən sənədlər, təhvil-təslim zamanı çəkilən foto və video çəkilişlər nazirliyin saytında yerləşdirilir. Özünüməşğulluq proqramı iştirakçılarına verilən aktivlərlə bağlı məlumatlar ictimaiyyətə açıqdır. İstənilən şəxs sayta daxil olaraq bu məlumatlarla tanış ola bilər".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti