...

41 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 6 Oktyabr 2021 14:58 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il oktyabrın 5-də qida məhsulları sahəsində fəaliyyət göstərən 41 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilən tarixdə 10 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti