...

FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb

İqtisadiyyat Materials 15 Oktyabr 2021 10:54 (UTC +04:00)
FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) son dövrlərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb.

Trend-in məlumatına görə, bunu FAO-nun Azərbaycandakı tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Mələk Çakmak cümə günü "Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu" adlı konfrans zamanı deyib.

O bildirib ki, FAO ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatında dayanıqlı tədarük zəncirinin və bu sahədə gender bərabərliyinin inkişafının təmin olunması üzrə Azərbaycanın dövlət strukturları ilə əməkdaşlıq edir:

"Eyni zamanda kənd təsərrüfatında qadınların gəlirlərinin artması və onların bu sahədə rolunun gücləndirilməsi üçün biz həm maliyyə, həm də digər zəruri resurslar təqdim etməklə hərtərəfli dəstək göstəririk. Son dövrlərdə biz Azərbaycanın 12 bölgəsində 270-dən çox layihə reallaşdırmışıq ki, bu da qadın sahibkarlara digər ölkələrin bazarlarına çıxış imkanları verib".

Qeyd edək ki, konfrans USAID tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə təşkil edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti