...

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,6 milyard dollara yaxınlaşır

İqtisadiyyat Materials 29 Oktyabr 2021 18:24 (UTC +04:00)
Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,6 milyard dollara yaxınlaşır

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi, kərə yağı, qızılgül, qənnadı məhsulları, tütün, mühərrik yağı və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə kimi (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti