...

"Saudi Aramco"nun xalis mənfəəti III rübdə 2,6 dəfə artıb

İqtisadiyyat Materials 31 Oktyabr 2021 20:13 (UTC +04:00)

Bakı. Trend:

İstehsal və ehtiyatlar baxımından dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco"nun 2021-ci ilin üçüncü rübündə xalis mənfəəti 30,4 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, ötən ilin anoloji dövründə bu rəqəm 11,8 milyard dollara bərabər olub. Beləliklə, şirkətin xalis mənfəəti ötən ilin üçüncü rübü ilə müqayisədə 158 faiz və ya 2,6 dəfə artıb.

Məlumata əsasən, mənfəətin artması birbaşa neftin qiymətlərinin artması ilə əlaqədardır. Şirkət 2021-ci ilin üçüncü rübündə səhmdarlara dividendlər üçün 18,8 milyard dollar yönəldəcək.

"Saudi Aramco"nun hesabat dövründə sərbəst pul axını illik müqayisədə 3 dəfə artaraq 28,7 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti