...

Azərbaycanda elm və təhsil sektorunun maliyyələşdirilməsinin artırılması planlaşdırılır - Nazir

İqtisadiyyat Materials 2 Dekabr 2021 18:39 (UTC +04:00)
Azərbaycanda elm və təhsil sektorunun maliyyələşdirilməsinin artırılması planlaşdırılır - Nazir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda elm və təhsil sektorlarının maliyyələşdirilməsinin artırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, müvafiq sənəd qəbul olunduqdan sonra bunun şahidi olmaq olar.

"Azərbaycan hökuməti görür ki, inkişaf yalnız qanunun aliliyi, şəffaf fəaliyyət və stabil infrastrukturun yaradılması şəraitində mümkündür. Son illərdə ölkədə atılan addımlar bu məqsədlərə xidmət edir", - deyə nazir bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti