...

Elektron siqaret və qəlyana aksiz vergisi tətbiq olunacaq

İqtisadiyyat Materials 3 Dekabr 2021 11:41 (UTC +04:00)
Elektron siqaret və qəlyana aksiz vergisi tətbiq olunacaq

Bakı. Trend:

Elektron siqaretə aksiz dərəcəsi tətbiq olunacaq. Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli mallara aid edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti