...

Yeni il yarmarkalarında qiymətlər necədir? (FOTO)

İqtisadiyyat Materials 6 Dekabr 2021 15:22 (UTC +04:00)
Yeni il yarmarkalarında qiymətlər necədir? (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bu il bir çox metrostansiyaların çıxışında yeni il yarmarkaları qurulub. Bayram yaxınlaşdıqca müxtəlif bəzək əşyalarına, şam ağaclarına, hədiyyələrə, bir sözlə, Yeni il bayramı üçün lazım olan hər şeyə tələbat artır.

Trend -in əməkdaşı həmin yarmarkalardan bir neçəsində olub və qiymətlərlə bağlı araşdırma aparıb.

Yarmarkalarda şam ağacının qiyməti böyüklüyündən və formasından asılı olaraq 2 manatdan 90 manata qədər dəyişir. Şam ağacını bəzəmək üçün lazım olan bəzəklərin qutusu isə 2 manatdan başlayır. Zərlər hər biri 50 qəpikdən 5 manata, şar qiymətləri isə 1 dənəsi 10-20 qəpik arası dəyişir.

Yarmarkada şam ağacı işıqlarının qiyməti uzunluğundan asılı olaraq dəyişir. İşıqların qiyməti 4 manatla 40 manat arasındadır. Əgər evinizi daha da gözəlləşdirmək istəsəniz, bu zaman süni qarlar da ala bilərsiniz. Süni qarların qiyməti isə 2 - 3 manat təşkil edir.

Satıcıların sözlərinə görə, yarmarkalar ayın əvvəlindən fəaliyyət göstərir.

“Yeni ilə bir neçə gün qalır. İnsanlar yaxınlaşıb qiymətlərlə maraqlanırlar. Yarmarkalarda qiymətlər fərqlidir", - deyə satıcılar bildiriblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 2-dən Bakının 12 rayonunda 20-yə yaxın bayram çadırının quraşdırılmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti