...

Azərbaycanda əmək müqavilələrinin sayı 1,6 milyonu ötüb

İqtisadiyyat Materials 20 Dekabr 2021 14:58 (UTC +04:00)
Azərbaycanda əmək müqavilələrinin sayı 1,6 milyonu ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin 11 ayı ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 1,25 milyondan 1,672 milyonadək artıb.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Vətəndaşlara verilən ipoteka kreditlərinin həcmi 2006-2015-ci illərdə ümumilikdə 721,9 milyon manat təşkil edirdisə, 2016-2021-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmi 1,4 milyard manat taskil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 4 710 manatdan 5 707 manata çatıb", - deyə o bildirib.

O qeyd edib ki, Azərbaycan əhalisinin yaşayış səviyyəsinin daha da yüksəldilməsi məqsədilə dövlət başçısının 11 aprel 2016-cı il tarixli Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.

V.Qasımlı əlavə edib ki, Strateji yol xəritələrinin icrası nəticəsində minimum əmək haqqının məbləği 105 manatdan 300 manata, orta aylıq əmək haqqı 494 manatdan 723 manata, əmək pensiyasinın minimum məbləği 110 manatdan 240 manata, təyin olunmuş aylıq pensiyalann orta məbləği 192 manatdan 331 manata çatdırılıb.

"Əlilliyə görə ödənilən aylıq müavinətin məbləği 2 dəfədən çox artırılıb. Yaşa görə aylıq müavinətin məbləği 66 manatdan 180 manata çatdırılıb. Sağlamlıq imkanlar məhdud uşaqlara ödənilən aylıq müavinətin məbləği 74 manatdan 200 manatadak çatdırılıb. Ailə başçısnı itirməyə görə müavinət 61 manatdan 100 manatadək artıb. Beşdən şox uşağı olan qadınlara müavinət - hər uşaq üçün 30 manatdan 70 manata çatdırılıb. Müddətli hərbi xidmət qulluqçularının uşaqlarına müavinət 61 manatdan 120 manata çatdırılıb. Valideynlərini itirmiş və valideyn himayasindən məhrum olmuş uşaqlann qəyyumlarına (himayəçilərinə) müavinət 55 manatdan 120 manatadək artırılıb. Azərbaycanın ali məktəblərinə qəbul imtahanlannda ən yüksək nəticə göstərmiş tələbələrə verilən Prezident təqaüdü -165 manatdan 210 manata çatdırılıb", - V.Qasımlı deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti