...

Azərbaycan bütün beynəlxalq göstəricilərdə şəriksiz regional liderdir - Vüsal Qasımlı

İqtisadiyyat Materials 21 Dekabr 2021 10:34 (UTC +04:00)
Azərbaycan bütün beynəlxalq göstəricilərdə şəriksiz regional liderdir - Vüsal Qasımlı

Bakı. Elçin Mehdiyev – Trend:

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda mənfət nisbəti yaxşılaşıb və risk aşağı düşüb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, risk ona görə aşağı düşüb ki, Azərbaycan öz təhlükəsizliyini təmin edib.

“Azərbaycan torpaqları azad etməklə eyni zamanda regionun təhlükəsizliyini təmin edib ki, bu da öz növbəsində ölkəmizdə riski aşağı salır və mənfəəti artır. Ölkəmizdə iqtisadi artım tempi var idi, lakin torpaqlarımızın işğaldan azad edilməsi artım tempini yüksəldəcək. Azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatına yeni dəyər qatır”, - deyə V.Qasımlı bildirib.

O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə investorlar üçün yaradılan güzəştlər ölkəmizin investisiya cəlbediciliyini artıracaq. Azərbaycan bütün beynəlxalq göstəricilərdə şəriksiz regional liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti