...

Azexport portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,6 milyard dolları ötüb

İqtisadiyyat Materials 30 Dekabr 2021 21:18 (UTC +04:00)
Azexport portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,6 milyard dolları ötüb

Bakı. Xaqan İsayev - Trend:

2021-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 435,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin noyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 36,6 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə şirələri, tütün, mühərrik yağı və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 noyabr tarixinə kimi (59 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,66 milyard ABŞ dolları təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti