...

Qazaxıstanda “Google-a vergi” tətbiq edilib

İqtisadiyyat Materials 1 Yanvar 2022 10:43 (UTC +04:00)
Qazaxıstanda “Google-a vergi” tətbiq edilib

Bakı. Trend:

Qazaxıstanda 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə "Google-a vergi"nin tətbiqini nəzərdə tutan dəyişikliklər qüvvəyə minib.

Trend xəbər verir ki, dəyişikliklərə əsasən, onlayn platformalar vasitəsilə xidmət və mal satışı həyata keçirən bütün xarici şirkətlər dövlət büdcəsinə ƏDV ödəməli olacaqlar. Bu satılan mal və xidmətlərin məbləğinin 12%-ni təşkil edir. Bu, qazaxıstanlı vergi ödəyicilərinə təsir etməyəcək.

Ölkənin İqtisadiyyat Nazirliyin proqnozlarına görə, bu ƏDV vergisindən büdcə gəlirləri ildə 2 milyard tenge (təxminən 8 milyon manat) təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti