...

Putin ölkədən 10 min dollardan artıq nağd xarici valyutanın çıxarılmasını qadağan edib

İqtisadiyyat Materials 1 Mart 2022 23:40 (UTC +04:00)
Putin ölkədən 10 min dollardan artıq nağd xarici valyutanın çıxarılmasını qadağan edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin ölkədən 10 min ABŞ dollarından çox məbləğdə nağd valyutanın çıxarılmasını qadağan edib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq fərman Kremlin rəsmi saytında yerləşdirilib.

"2 mart 2022-ci il tarixindən etibarən Rusiya Federasiyasından 10.000 ABŞ dolları ekvivalentindən çox olan və Rusiya Federasiyası Mərkəzi Bankının çıxarılma tarixinə müəyyən etdiyi rəsmi məzənnəsi ilə hesablanan nağd xarici valyutanın və (və ya) xarici valyutada pul alətlərinin çıxarılması qadağan edilsin", - sənəddə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti