...

Məşğulluq üzrə dövlət-özəl tərəfdaşlığı müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 10 Mart 2022 13:42 (UTC +04:00)
Məşğulluq üzrə dövlət-özəl tərəfdaşlığı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Marsol MMC-nin partnyor şirkətləri arasında görüş olub.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Marsol MMC-nin direktoru Tural Mustafayev və digər nümayəndələr iştirak edib.

M.Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Görüşdə həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Sonda isə Mustafa Abbasbəyli Marsol MMC-nin partnyor şirkətlərinin nümayəndələrini dinləyib və onların suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti