Bakı. Trend:
İran və Azərbaycanın çoxlu bağlantıları var. 4 dəfə görüşümüz olub. Çox böyük nəticələr əldə olunub. Sənədlərdə qeyd olunduğu kimi, ticarət dövriyyəsinin artırılması xüsusi qeyd olunub. İki ölkə prezidentlərinin vurğuladıqları kimi, hazırkı ticarət dövriyyəsinin artırılması üçün addımlar atılacaq.
Trend xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi komissiyanın 15-ci iclasında deyib.
"Komissiyanın növbəti iclası Tehranda keçiriləcək. Ümid edirəm ki, iki ölkə münasibətləri çox yüksək səviyyəyə yüksələcək. İki ölkənin geosiyasi mövqeyini nəzərə alaraq tranzit potensialının artırılması nəzərdə tutulur. Belə ki, Şimal cənub dəhlizi çərçivəsində bu tranzit maksimuma yüksələcək", deyə R.Qasemi bildirib.
R.Qaseminin sözlərinə görə, hər iki ölkə tranzitdən maksimum
şəkildə faydalanacaq.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərində bir
çox addımların atılması istiqamətində işlər görüləcək.