...

Sosial sahibkarlıqla bağlı təkliflər paketi hazırlanacaq (FOTO)

İqtisadiyyat Materials 19 Aprel 2022 14:15 (UTC +04:00)
Sosial sahibkarlıqla bağlı təkliflər paketi hazırlanacaq (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində BMT İnkişaf Proqramının beynəlxalq məsləhətçisi Lana Lovasiç ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda sosial sahibkarlığın təşviqinə dair məlumat mübadiləsi aparılıb və müvafiq fəaliyyətlərin əlaqələndirilməsi müzakirə olunub. Həmçinin, əlverişli sosial ekoloji sistemin formalaşdırılması, sosial sahibkarlığın inkişafı istiqamətində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və imkanlardan danışılıb.

Görüşün nəticəsi olaraq sosial sahibkarlığın inkişafını təşviq etmək məqsədilə BMT İnkişaf Proqramı tərəfindən təkliflər paketinin hazırlanmasına dair razılığa gəlinib.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək göstərən publik hüquqi şəxsdir. Göstərilən xidmətlər, icra edilən layihə və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti