...

Birbaşa aviareyslər Azərbaycanı və Çernoqoriyanı yenidən birləşdirəcək

İqtisadiyyat Materials 23 May 2022 15:16
Birbaşa aviareyslər Azərbaycanı və Çernoqoriyanı yenidən birləşdirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkəti turoperator PAŞA Travel ilə birgə yenidən Çernoqoriyaya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə bildirilib ki, AZAL və PASHA Travel 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı - Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Çernoqoriyanın müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Çernoqoriya sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.

Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalalar daxildir.

Çernoqoriyaya turizm paketləri həmçinin Azərbaycanın bütün turizm agentliklərində satışa çıxarılır.

AZAL və PASHA Travel 2017-ci ildən bu istiqamət üzrə uğurla əməkdaşlıq edir.

Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Çernoqoriyaya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti