...

Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə bilər - Nazir

İqtisadiyyat Materials 24 May 2022 18:50 (UTC +04:00)
Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə bilər - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə bilər.

Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ADA Universitetində keçirilən "Italian Design Day" sərgisində deyib.

"Bu gün tullantıların idarə olunması dünya trendidir. Eyni zamanda, bu, təkcə Azərbaycanın deyil, bütün regionun problemidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda plastikin təkrar emalı texnologiyasının tətbiqi imkanı realdır və bu mövzuda müzakirələr aparılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti