...

Pakistan Milli Bankının Bakı filialının ləğv olunması xəbəri yalandır - Rəsmi

İqtisadiyyat Materials 6 İyun 2022 12:24 (UTC +04:00)
Pakistan Milli Bankının Bakı filialının ləğv olunması xəbəri yalandır - Rəsmi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Milli Bankının Bakı filialı ləğv olunması barədə KİV-lərdə yayılmış informasiyanı şərh edib.

Trend-in müraciətinə cavab olaraq filialdan bildiriblər ki, son vaxtlar KİV-lərdə yayılmış Pakistan Milli Bankının Bakı filialı ləğv olunması barədə məlumatlar həqiqəti əks etdirmir.

"Hörmətli müştərilərimizə, daxili və xarici səhmdarlarımıza bildiririk ki, Pakistan Milli Bankının Bakı filialının ləğv olunması xəbərləri doğru deyil. Biz bir daha təsdiq edirik ki, Bakı filialı xidmət və məhsullar təqdim etməklə işini tam həcmdə davam etdirir", - deyə qurumdan bildiriblər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti