...

Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 21 İyun 2022 12:56 (UTC +04:00)
Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları, aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.

O, son 4 ildə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı fondunun 2,2 dəfə artdığını, məşğulluq orqanları vasitəsilə 340 min nəfərin işlə təmin edildiyini bildirib. 49 min ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrin yaradıldığını deyib.

Həmin dövrdə 4 milyon nəfəri əhatə edən 3 islahat paketinin həyata keçirildiyini, bu paketlər üçün illik əlavə 6 milyard manat ayrıldığını, sosial ödənişlərdəki ciddi artımları qeyd edib.

Nazir müavini işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, eləcə də peşə reabilitasiyası işlərinin gücləndirilməsi, peşə təhsili mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb. Əmək və məşğulluq sahəsində rəqəmsal xidmətlərin geniş tətbiqi, “Əmək və Məşğulluq” altsistemi barədə məlumat verib.

A.Əliyev sosial təminat sisteminin təkmilləşdirilməsi, pensiya, sosial yardım sahəsində aparılan islahatlarda AİB-lə əməkdaşlıq təcrübəsinin əhəmiyyətini vurğulayıb.

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin sosial bölmə müdiri Rie Hiraoka Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan ardıcıl islahatlar prosesində əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd edib.

Görüşdə əmək və sosial müdafiə, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində Nazirliklə AİB-in gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti